Bank Of Baku

Azərbaycan, Türkiyə və Türkmənistan enerji-nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Türkiyə və Türkmənistan enerji-nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər
# 13 dekabr 2022 17:54 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan arasında keçiriləcək birinci üçtərəfli sammit ərəfəsində bu gün Avaza Milli Turizm Zonasında keçirilən görüşdə üç ölkənin müvafiq qurumlarının rəhbərləri enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Bu barədə “APA-Economics” Türkmənistanın “Qızıl əsr. Türkmənistan” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, gözlənilir ki, Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının qarşıdan gələn və bir sıra mühüm sazişlərin imzalanması ilə nəticələnəcək görüşü üçtərəfli tərəfdaşlığın strateji enerji sektorunda əlaqələrin inkişafına yeni təkan verəcək.

Yüksək səviyyəli danışıqlara hazırlıq çərçivəsində üç ölkənin energetika idarələrinin rəhbərləri uzunmüddətli, qarşılıqlı faydalı əsasda qurulmuş çoxşaxəli əməkdaşlığın müəyyən aspektlərini, əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini, habelə yeni birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Tərəflər yekdil rəyə gəliblər ki, enerji sektorunda tərəfdaşlığın genişləndirilməsinin böyük perspektivləri hüquqi normalar, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında razılaşdırılmış beynəlxalq əməkdaşlığın qurulmasını zəruri edir.

Bundan əlavə, Türkmənistan, Azərbaycan və Türkiyənin müvafiq sektorlarının rəhbərləri nəqliyyat sahəsində dövlətlərarası əməkdaşlığın inkişafının aktual məsələlərini müzakirə ediblər.

İclasın gündəliyinə dəniz, avtomobil və dəmir yolu ilə sərnişin və yük daşımaları üçün müasir infrastrukturun yaradılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələlərinin geniş spektri daxil edilib.

Qeyd olunduğu kimi, qardaş ölkələr nəqliyyat sahəsində böyük potensiala malikdirlər və davamlı iqtisadi artımı qorumaq, üç dövlətin xalqlarının rifahını yaxşılaşdırmaq və beynəlxalq ticarət əlaqələrini gücləndirmək üçün bunu birgə reallaşdırmağa çalışırlar.

Danışıqların ayrıca mövzusu dəmir yolu nəqliyyatının inkişafı üzrə birgə tədbirlərin qəbul edilməsi, rəqabətqabiliyyətli tariflərin yaradılması və dəmir yolu nəqliyyatının həyata keçirilməsi üçün şəraitin yaradılması haqqında Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər olub.

İclasın əsas mövzuları arasında uyğunlaşma və avtomobil daşıyıcıları üçün əlverişli şəraitin yaradılması da var idi. Bununla bağlı vizaların verilməsi mexanizmlərinin işlənib hazırlanması imkanları nəzərdən keçirilib.

Həmçinin dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə konteyner daşımalarının inkişaf etdirilməsi məqsədilə konteyner daşımalarının ümumi mexanizmlərinin işlənib hazırlanması və əlverişli tarif şəraitinin yaradılması istiqamətində üç ölkənin müvafiq strukturlarının qarşılıqlı fəaliyyəti müzakirə edilib.

İclas iştirakçıları kibertəhlükəsizlik və innovativ texnologiyalar sahəsində mütəxəssislər arasında əməkdaşlıqdan danışaraq, təcrübə mübadiləsi üçün forumların və müzakirələrin təşkilinin, habelə bu sahədə kadrların hazırlanması və yenidən hazırlanması mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyi ilə bağlı oxşar fikirlər bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR