Azərbaycanın elektrik enerjisinin ümumi istehsal gücü 7 GVt-dan çoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov qlobal çağırışların müzakirəsinə həsr olunmuş beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sözügedən həcmin 60%-i ölkə tərəfindən istehlak olunur, qalan 40%-i isə ixraca yönəldilir.
E. Soltanov onu da qeyd edib ki, Azərbaycanda istehsal olunan elektrik enerjisinin təxminən 94%-i təbii qaz hesabına əldə olunur.