“Chevron”, “Shell” və SOCAR şirkətləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin (SEASM) xidmətlərindən yararlanacaqlar. Bu barədə “APA-Econoimics”ə YTP-dən bildirilib.
Texnoparkdan qeyd olunub ki, laborator xidmətlərin göstərilməsinə dair artıq bir sıra iri şirkətlərlə 4 müqavilə imzalanıb.
“Tam şəkildə müasir avadanlıqlarla təchiz olunmuş və beynəlxalq akkreditasiyadan keçmiş Mərkəz neft-qaz məhsullarının laborator sınaq xidmətlərini təkcə Azərbaycanda deyil, həmçinin Xəzəryanı dövlətlərdə də fəaliyyət göstərən neft hasilatçılarına təqdim etmək niyyətindədir. Hasilatçıları kəşfiyyat apararkən məhsulun keyfiyyəti və xarakteristikası barədə məlumat ala biləcəklər”, - deyə YTP-dən bildirilib.