Bank Of Baku

Azərbaycan yanvarda elektrik enerjisinin istehsalını 8% artırıb

Azərbaycan yanvarda elektrik enerjisinin istehsalını 8% artırıb
# 16 fevral 2022 17:07 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 2 406,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,1% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 2 340 mln. kVt-saat təşkil edib (+8,6%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 2 254,7 mln. kVt-saat istilik (+9%), 75,3 mln. kVt-saat su elektrik (+0,4%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).

Ötən il ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR