Bank Of Baku

Azərbaycan yanvarda "OPEC+" öhdəliyini 114% yerinə yetirib

Azərbaycan yanvarda "OPEC+" öhdəliyini 114% yerinə yetirib
# 16 fevral 2022 10:42 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hasil olunan həcmlərin 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.

Beləliklə, Azərbaycan yanvarda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 113,8% yerinə yetirib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR