Bank Of Baku

Azərbaycan yanvarda Türkiyə və Avropaya 1,6 mlrd. kubmetr qaz nəql edib

Azərbaycan yanvarda Türkiyə və Avropaya 1,6 mlrd. kubmetr qaz nəql edib
# 04 mart 2022 13:20 (UTC +04:00)

Bu ilin yanvar ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2,2 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 1,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata görə, yanvar ayında SOCAR 0,7 mlrd. kubmetr qaz istehsal edib.

Ümumiyyətlə 2022-ci ilin yanvar ayında ölkədə 4,1 mlrd. kubmetr təbii qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 2 mlrd. kubmetr təşkil edib. Türkiyəyə təqribən 0,8 mlrd. kubmetr, Avropaya təqribən 0,8 mlrd. kubmetr, Gürcüstana isə 0,4 mlrd. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, yanvarda Türkiyəyə Trans-Anadolu boru kəməri vasitəsi ilə 0,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR