Bank Of Baku

Azərbaycan yanvarda Türkiyəyə 800 mln. kumbetrədək qaz nəql edib

Azərbaycan yanvarda Türkiyəyə 800 mln. kumbetrədək qaz nəql edib
# 31 mart 2022 12:06 (UTC +04:00)

Bu ilin yanvar Türkiyə Azərbaycandan 796,32 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 29% azdır.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvarında Türkiyə Azərbaycandan 1 119,23 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və ABŞ- sonra (mayeləşdirilmiş təbii qaz) üçüncü yerdə qərarlaşıb.

Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin ötən ilin yazında müddəti başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR