Azərbaycanda 2 mlrd. tondan artıq neft hasil edilib  

Azərbaycanda 2 mlrd. tondan artıq neft hasil edilib  
# 29 may 2019 17:39 (UTC +04:00)

Azərbaycanda istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən mayın 1-nə olan məlumata əsasən 2,05 mlrd. ton neft və kondensat hasil edilmişdi.

SOCAR-dan ONA-ya verilən məlumata görə, hesabat dövrü ölkədə 756,8 mlrd. kubmetr qaz hasil edilib.

Bu ilin əvvəlinə Azərbaycanda 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 59 yataqda karbohidrogen hasil edilir, işləmədə olan 40 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir.

Azərbaycan üzrə neft ekvivalentində təsdiq olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatları 4,05 mlrd. ton, proqnoz ehtiyatları 5,35 mlrd. ton təşkil edir. Hazırda ölkə üzrə karbohidrogen ehtiyatları 9,4 mlrd. ton miqdarında qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR