Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs aktiv istehlakçı sayılacaq.
APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddinədək elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs aktiv istehlakçı sayılacaq.
Digər dəyişikliyə əsasən, “Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçıların sayğaclarla təchiz edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçiriləcək.