Bank Of Baku

Azərbaycan son 10 ildə alternativ enerji istehsalını kəskin artırıb

Azərbaycan son 10 ildə alternativ enerji istehsalını kəskin artırıb
# 03 sentyabr 2019 16:39 (UTC +04:00)

Azərbaycanda 2009-2018-ci illər ərzində külək elektrik stansiyaları tərəfindən 141,5 mln. kVt/s elektrik enerjisi istehsal edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən 11 il ərzində külək elektrik stansiyalarda ən yüksək enerji istehsalı göstəricisi 2018-ci ildə 82,7 mln. kVt/s, ən aşağı göstərici isə 2010-cu ildə qeydə alınıb – 500 min kVt/s.

Hesablamalara əsasən, 2008-ci ildən 2018-ci ilədək ölkədə külək elektrik stansiyaları enerjinin istehsalını 39,4 dəfə artırıb.

Bundan başqa, son illərdə günəş elektrik stansiyalar tərəfindən istehsal edilən enerjinin istehsalında da respublikada artım qeydə alınıb. Belə ki, 2013-2018 illərdə sözü gedən stansiyalar 120,1 mln kVt/s elektrik enerjisi istehsal edib. Bu dövr günəş elektrik stansiyalar enerji istehsalı 800 min kVt/s-dan 39,3 mln. kVt/s-da qədər artıb (49,1 dəfə).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR