Azərbaycanda avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb

Azərbaycanda avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb
# 10 sentyabr 2024 12:26 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 9 389 ton geridə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR