Bank Of Baku

Azərbaycanda avtomobil benzininin istehsalı 2%-dək artıb - CƏDVƏL

Azərbaycanda avtomobil benzininin istehsalı 2%-dək artıb - CƏDVƏL
# 14 dekabr 2022 16:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 693,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 30%, avtomobil benzininin istehsalı 1,8 faiz artıb.

Qeyd olunur ki, hesabat dövründə neft bitumu istehsalı 5,8%, dizel yanacağının istehsalı 17,1%, neft koksunun istehsalı 20,2%, sürtkü yağlarının istehsalı 26,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 27,9% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-noyabr 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 159,5

101,8

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

267,3

72,1

Ağ neft, min ton

513,3

116,6

Dizel yanacağı, min ton

1 855,5

82,9

Yanacaq mazutu, min ton

77,1

130

Sürtkü yağları, min ton

38,6

73,4

Neft bitumu, min ton

327

94,2

Neft koksu, min ton

187,5

79,8

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR