Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 029,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19,2%, ağ neft istehsalı 18,3%, avtomobil benzini istehsalı 3,3 faiz artıb.
Hesabat dövründə ölkədə neft koksunun istehsalı 6,4%, neft bitumu istehsalı 8,1%, sürtkü yağları istehsalı isə 31,9% azalmışdı.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-fevral ayları |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
257,1 |
103,3 |
84,5 |
|
Ağ neft, min ton |
121,5 |
118,3 |
30,8 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
457,3 |
119,2 |
195,4 |
|
Mazut, min ton |
33,1 |
- |
3,2 |
|
Sürtkü yağları, min ton |
6,2 |
68,1 |
6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
131,8 |
95,4 |
41,1 |
|
ondan: neft bitumu, min ton |
29,5 |
91,9 |
15,7 |
|
neft koksu, min ton |
37,9 |
93,6 |
20,6 |