Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 741,2 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 11% azalıb.
Düvlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ölkədə neft məhsullarından sürtkü yağları istehsalı 16,2% artıb.
Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda ağ neft istehsalı 4,6%, neft bitumu istehsalı 4,6%, dizel yanacağının istehsalı 13,3%, avtomobil benzini istehsalı 16,2%, neft koksu istehsalı isə 23,5% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri |
2024-cü ildə istehsal edilmişdir |
Əvvəlki ilə nisbətən, faizlə |
01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1254,8 |
83,8 |
16,3 |
|
Ağ neft, min ton |
590,2 |
95,4 |
15,6 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
2061,9 |
86,7 |
29,2 |
|
Mazut, min ton |
27,4 |
27.4 d. |
1,1 |
|
Sürtkü yağları, min ton |
69,6 |
116,2 |
6,0 |
|
Maye qazlar, min ton |
166,3 |
70,3 |
- |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
1076,2 |
95,4 |
27,0 |
|
ondan: neft bitumu, min ton |
264,9 |
95,4 |
10,2 |
|
neft koksu, min ton |
183,3 |
76,5 |
14,9 |