Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 275,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft bitumu istehsalı 29,8%, ağ neft 16,9%, avtomobil benzini 9,9% artıb, sürtkü yağlarının istehsalı isə 5,8% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri |
2024-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
384,1 |
109,9 |
64,9 |
|
Ağ neft, min ton |
159,6 |
116,9 |
51,5 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
599,8 |
107,8 |
163,3 |
|
Mazut, min ton |
- |
- |
1,3 |
|
Sürtkü yağları, min ton |
14,5 |
94,2 |
4,3 |
|
Maye qazlar, min ton |
59,6 |
84,2 |
2,2 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
225,1 |
81,5 |
59,7 |
|
ondan: |
|
|
|
|
neft bitumu, min ton |
51,4 |
129,8 |
13,8 |
|
neft koksu, min ton |
61,1 |
95,3 |
41,6 |