Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 908mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.
Düvlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 3,3 dəfə, ağ neft istehsalı 9,5%, neft bitumu istehsalı 7,6%, sürtgü yağları istehsalı 7,1%, avtomobil benzini istehsalı 0,5% artıb.
Məlumata görə, hesabat dövründəölkədə neft koksu istehsalı 15,3%, dizel yanacağının isə 1,3% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar-iyul aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
842,7 |
100,5 |
31,9 |
Ağ neft, min ton |
366 |
109,5 |
32,2 |
Qazoyllar (dizel yanacağı), min ton |
1 333,5 |
98,7 |
89,4 |
Mazut, min ton |
13,1 |
3,3 d. |
4,3 |
Sürtkü yağları, min ton |
37,9 |
107,1 |
5,8 |
Maye qazlar, min ton |
114,5 |
81,2 |
1,4 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
649,9 |
104,8 |
39,0 |
ondan: |
|
|
|
neft bitumu, min ton |
148,1 |
107,6 |
16,1 |
neft koksu, min ton |
120,5 |
84,7 |
22,6 |