Bu ilin yanvar-mart aylarında Azərbaycanda bərpa olunan enerji mənbələrindən (su elektrik stansiyalar istisna olmaqla – red.) 90,9 mln. kVt-saat elektrik enerjisi alınıb, bu da illik müqayisədə 0,3 mln. kVt-saat və ya 0,33% azdır.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə külək elektrik stansiyalarında 15,5 mln. kVt-saat (33,5% azalma), günəş elektrik stansiyalarında 13,4 mln. kVt-saat (7,2% artım), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62 mln. kVt-saat (11,9% artım) elektrik enerjisi istehsal edilib.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında KES, GES və BMTYZ tərəfindən 91,2 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. Külək elektrik stansiyalarında 23,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında 12,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.