Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1375,7 kq qızıl istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2022-cı ilin müvafiq dövrü ilə müqayisədə 30,1% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 246 kq hazır məhsul ehtiyatı yaranıb.
Qeyd olunan dövrdə ölkədə 2716,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin yanvar-avqust ayı ilə müqayisədə 41,1% azdır. Nəticədə bu ilin fevralın 1-nə 250,7 kq hazır məhsul ehtiyatı yaranıb.