Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb.