Azərbaycanda bu il 1,6 mlrd. manatlıq neft məhsulları istehsal olunub - CƏDVƏL

Azərbaycanda bu il 1,6 mlrd. manatlıq neft məhsulları istehsal olunub - CƏDVƏL
# 15 may 2025 13:29 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 607 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 8,2 faiz, ağ neft istehsalı 8,3 faiz, avtomobil benzini istehsalı 17 faiz azalıb.

Bununla yanaşı, neft koksunun istehsalı 19,4 faiz, neft bitumu istehsalı 30,2 faiz, sürtkü yağları istehsalı isə 38,9 faiz azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2025-ci ilin yanvar-aprel ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.05.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

424,4

83,0

44,0

Ağ neft, min ton

196,0

91,7

22,9

Qazoyllar (dizel yanacağı), min ton

726,4

91,8

154,7

Mazut, min ton

55,1

55,1 d.

0,8

Sürtkü yağları, min ton

12,4

61,1

4,7

Maye qazlar, min ton

71,9

94,4

2,4

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

209,9

61,5

38,8

ondan:

neft bitumu, min ton

49,2

69,8

3,9

neft koksu, min ton

63,9

80,6

34,5

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR