Bank Of Baku

Azərbaycanda bu il 2 minədək avtomobil yığılıb

Azərbaycanda bu il 2 minədək avtomobil yığılıb
# 15 dekabr 2021 17:18 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 992 vahid minik avtomobili istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,3% çoxdur.

Təkcə noyabr ayında 130 vahid avtomobil buraxılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 2,7 dəfə azdır. Qeyd edək ki, dekabrın 1-nə hazır avtomobil ehtiyatı 381 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR