Bank Of Baku

Azərbaycanda bu il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal olunub

Azərbaycanda bu il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal olunub
# 16 dekabr 2024 11:21 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ixracı 1 255,3 mln. kVt·st, idxalı 159,8 mln. kVt·st olub.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 142,7 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 470,5 mln. kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 14% olub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR