Azərbaycanda bu il elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb

Azərbaycanda bu il elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
# 15 may 2025 16:34 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 295,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, buu da illik müqayisədə 1,9% çoxdur.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 197,6 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.

Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR