Bank Of Baku

Azərbaycanda bu il elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb

Azərbaycanda bu il elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb
# 25 oktyabr 2022 17:33 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38 463,7 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 16,9% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 46 295,1 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 3 160,4 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,5% çoxdur. 2021-ci ilin birinci rübündə bu göstərici 1 741,3 min manat təşkil edib.

Qeyd edilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 15 449,59 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,6% artım deməkdir. Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 15 208,9 QVt/saat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR