Bank Of Baku

Azərbaycanda bu il hasil edilən neft və qazın həcmi açıqlanıb

Azərbaycanda bu il hasil edilən neft və qazın həcmi açıqlanıb
# 13 mart 2025 09:22 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft-kondensat hasilatı 4,5 mln. ton, ixracı isə 3,7 mln. ton olub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3.8 mlrd. kubmetr qaz isə ixrac olunub.

“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,7 mln. ton olub. İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3,8 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda qedy olunur.

Qeyd olunub ki, yanvar-fevral aylarında təxminən Avropaya 1,9 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP kəməri ilə Türkiyəyə 0,9 mlrd. kubmetr qaz nəql edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR