Bank Of Baku

Azərbaycanda bu il kimya sənayesi məhsullarının istehsalı artıb

Azərbaycanda bu il kimya sənayesi məhsullarının istehsalı artıb
# 18 may 2023 12:15 (UTC +04:00)

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 664,8 mln. manatlıq məhsul istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2%, kimya sənayesi məhsullarının istehsalı 0,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 4,4% azalıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 47%, polietilen istehsalı 43,9%, propen (propilen) istehsalı 39,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 82,4%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 30,9% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-aprel aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

01.05.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Təsirsiz qazlar, min kub metr

17068,0

146,5

114,4

ondan:

azot, min kub metr

7912,0

107,7

110,0

Lak-boya məmulatları, ton

8724,5

106,2

158,1

Qeyri-üzvi kimyəvi maddələr, min ton

10950,0

136,2

5410,0

ondan:

yod, ton

65,4

136,0

33,3

Üzvi kimyəvi maddələr, min ton

305,8

94,6

22,9

ondan:

etilen, min ton

63,2

147,0

0,5

propen (propilen), min ton

58,0

139,1

0,9

metanol (metil spirti), min ton

122,1

63,8

12,4

Etil spirti, min dkl

8,0

3,3 d.

35,1

Gübrə və azot birləşmələri, min ton

132.5

69,2

26,3

ondan:

karbamid, min ton

132,5

69,2

26,1

İlkin formada plastik kütlə, min ton

120,7

146,1

40,3

ondan:

polietilen, min ton

62,9

143,9

15,5

Yapışqan və yapışdırıcı maddələr, min ton

29,2

98,0

3,8

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR