Bank Of Baku

Azərbaycanda bu il sənaye istehsalı azalıb

Azərbaycanda bu il sənaye istehsalı azalıb
# 14 fevral 2023 13:05 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 mlrd. manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıb.

“Sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9%, əmtəəlik qaz hasilatı isə 1,3% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR