Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 417 mln. manat olub ki, bu da illik müqayisədə 8,5% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft məhsullarından sürtgü yağlarının istehsalı 88,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4%, neft koksunun istehsalı 21,1%, dizel yanacağının istehsalı 11,9%, ağ neft istehsalı 3,9%, artıb.
Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 3,6%, yanacaq mazutunun istehsalı isə 39% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
Yanvar-iyul, 2021-ci il |
İllik müqayisə, % |
Avtomobil benzini, min ton |
690,1 |
96,4 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
247,4 |
155,4 |
Ağ neft, min ton |
291,3 |
103,9 |
Dizel yanacağı, min ton |
1 458,7 |
111,9 |
Yanacaq mazutu, min ton |
25,5 |
61 |
Sürtkü yağları, min ton |
30,6 |
188,9 |
Neft bitumu, min ton |
197,1 |
114,3 |
Neft koksu, min ton |
153,7 |
121,1 |