Cari ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,6 mln. manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,6% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft bitumu istehsalı 22,8%, ağ neft 4,8% artıb.
Məlumata görə, yanvar ayında ölkədə sürtkü yağlarının istehsalı 57,9%, neft koksunun istehsalı 13,3%, qazoylların (dizel yanacağının) istehsalı isə 7,4% azalıb.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2024-cü ilin yanvar ayında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq ayına nisbətən, faizlə |
01.02.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
115,8 |
99,9 |
38,0 |
|
Ağ neft, min ton |
43,7 |
104,8 |
27,6 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
179,2 |
92,6 |
107,2 |
|
Mazut, min ton |
- |
- |
1,7 |
|
Sürtkü yağları, min ton |
2,4 |
42,1 |
3,3 |
|
Maye qazlar, min ton |
16,4 |
73,5 |
3,4 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
49,9 |
56,1 |
61,8 |
|
ondan: |
|
|
|
|
neft bitumu, min ton |
12,4 |
122,8 |
10,2 |
|
neft koksu, min ton |
19,5 |
86,7 |
46,9 |