Bank Of Baku

Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 5%-dən çox artıb

Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 5%-dən çox artıb
# 16 yanvar 2025 12:31 (UTC +04:00)

Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 milyard 423,1 milyon manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin göstəricisini 5,5% üstələyib.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR