Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb
# 23 sentyabr 2019 15:18 (UTC +04:00)

Azərbaycanda 2018-ci ildə bütün təsərrüfat subyektləri tərəfindən 21,6 mlrd. kVt-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2017-ci illə müqayisədə 3,3% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 099,5 mln. kVt-saat elektrik enerjisindən istifadə edilib (artım 5%).

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,6% artaraq 23,24 mlrd. kVt-saat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR