Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 055,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 2,7% çoxdur.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 148,5 mln. manat təşkil edib, bu da 10,1% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.