Bank Of Baku

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
# 17 oktyabr 2026 12:39 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 627,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,2% azdır.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 511,5 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 04,5% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 484,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 0,3% çoxdur.

Hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 mln. manat təşkil edib, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,5% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR