Bu ilin yanvar-fevral ayında Azərbaycanda 4 607,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,7% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi 4 463,9 mln. kVt-saat təşkil edib (+7,8%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 4 301 mln. kVt-saat istilik (+7,9%), 146 mln. kVt-saat su elektrik (+8,4%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).
Ötən il ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.