Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektron satınalmalarının həcmi 1 455,7 milyon manat olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 3 dəfəyədək artım deməkdir", - deyə M.Abbasbəyli əlavə edib.