Bu ilin yanvar-mart aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,4 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 7,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,2 mlrd. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azalıb, əmtəəlik qaz hasilatı isə 1,1% artıb”, - məlumatda qeyd olunur.