Bank Of Baku

Azərbaycanda əmtəəlik qaz hasilatı 18%-dək artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 18%-dək artıb
# 14 mart 2022 17:03 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,6 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə nisbətən 0,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 5,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 mlrd. kubmetr təşkil edib.

Məlumata görə, hesabat dövründə əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb, əmtəəlik qaz hasilatı isə 17,8% artıb.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda cəmin 5 464,9 min ton neft (6,2% azalma) və 7 683,9 mln. kubmetr qaz (12,4% artım) hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR