Bank Of Baku

Azərbaycanda əmtəəlik qaz hasilatı 3,2% artıb, neft hasilatı 7,7% azalıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 3,2% artıb, neft hasilatı 7,7% azalıb
# 13 iyul 2023 11:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,2 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 24 165 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,4% azdır.

Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15,2 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 18,2 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,2% artıb”, - hesabatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR