Azərbaycanda əmtəəlik qaz hasilatı 4%-dən çox artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 4%-dən çox artıb
# 14 iyun 2024 10:20 (UTC +04:00)

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0.6% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 15772.3 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0.9% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 12 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 15.9 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq aylarə ilə müqayisədə 5.7% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 12031.5 min ton neft (5,7% azalma) və 20 866.3 mln. kubmetr qaz (3.3% artım) hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR