Bank Of Baku

Azərbaycanda əmtəəlik qaz hasilatı artıb, neft hasilatı isə azalıb

Azərbaycanda əmtəəlik qaz hasilatı artıb, neft hasilatı isə azalıb
# 13 iyun 2023 16:51 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,8 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 19 838,5 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,7% azdır.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2023-cü ilin yanvar- may aylarında istehsal edilmişdir,

milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə),

faizlə

Mədənçıxarma sənayesi

20816,8

96,0

Xam neft və təbii qaz hasilatı

19838,5

96,3

Metal filizlərinin hasilatı

126,7

86,1

Mədənçıxarma sənayesinin digər sahələri

84,8

105,2

Mədənçıxarma sənayesi

sahəsinə xidmətlərin göstərilməsi

766,8

81,5

Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 12 729,3 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 15 302 mln. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4% azalıb, əmtəəlik qaz hasilatı isə 2,9% artıb”, - hesabatda qeyd olunur.

Xam neft və təbii qaz hasilatı:

Məhsul növləri

2023-cü ilin yanvar-may aylarında istehsal

edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

01.06.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Xam neft və təbii qaz hasilatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

12760,7

91,6

246,6

ondan əmtəəlik

12729,3

91,6

246,6

Təbii qaz, milyon kub metr

20200,1

102,9

-

ondan əmtəəlik

15302,0

102,9

-

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR