Bank Of Baku

Azərbaycanda əmtəəlik qazın hasilatı 16%-dan çox artıb

Azərbaycanda əmtəəlik qazın hasilatı 16%-dan çox artıb
# 15 aprel 2022 14:55 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15,2 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-mart aylarına nisbətən 0,1% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 8 323,4 min ton, əmtəəlik təbii qaz hasilatı isə 9 084,3 mln. kub metr təşkil edib.

Məlumata görə, hesabat dövründə əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 16,4% artıb.

Cəmi bu ilin birinci rübündə ölkədə 8 347,8 min ton neft (5,3% azalma) və 11 802,9 mln. kubmetr qaz (13,5% artım) hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR