Azərbaycanda əmtəəlik səmt qazı istehsalı artıb

Azərbaycanda əmtəəlik səmt qazı istehsalı artıb
# 24 aprel 2024 10:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 745,65 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 1,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 1 011,83 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 2,6% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 085,96 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,2% azdır. Ötən il Azərbaycanda istehsal edilən səmt qazının 3 565,2 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15,75% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR