Bank Of Baku

Azərbaycanda əmtəəlik səmt qazın istehsalı 7%-dək artıb

Azərbaycanda əmtəəlik səmt qazın istehsalı 7%-dək artıb
# 10 fevral 2025 12:58 (UTC +04:00)

Ötən il Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 804,91 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 6,7% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 086,6 mln. kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 565,5 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR