Bank Of Baku

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 17%-dən çox azalıb

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 17%-dən çox azalıb
# 20 oktyabr 2023 15:31 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 304,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 11 534,63 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 697,06 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 17,2% azdır. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 3 257,36 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 425,16 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 231,46 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,48% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR