Bank Of Baku

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı kəskin azalıb

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı kəskin azalıb
# 01 may 2023 15:55 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 809,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,93% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 3 924 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 985,81 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 27,3% azdır. Belə ki, ötən ilin yanvar-mart aylarında bu göstərici 1 355,9 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ğtən il Azərbaycanın neft yataqlarından 15 425,16 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 231,46 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,48% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR