Azərbaycanda enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb

Azərbaycanda enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb
# 15 fevral 2024 12:31 (UTC +04:00)

Cari ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 288,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11%-lik azalma müşahidə olunub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 36,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 0,2% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR