Bank Of Baku

Azərbaycanda etilen və polietilen istehsalı 50%-dən çox artıb - CƏDVƏL

Azərbaycanda etilen və polietilen istehsalı 50%-dən çox artıb - CƏDVƏL
# 13 iyul 2023 16:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 016,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16%, kimya sənayesi məhsullarının istehsalı 3,1% artıb, əczaçılıq məhsullarının istehsalı isə 27,3% azalıb.

Məlumata görə, kimya sənayesi məhsullarından etilen istehsalı 53,5%, polietilen istehsalı 54%, propen (propilen) istehsalı 45,8%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,4 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 36,9%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 17,4% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.07.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

25007,6

134,0

49,6

ondan:

azot, min kub metr

11849,1

105,2

42,0

Lak-boya məmulatları, ton

16419,4

118,1

163,2

Qeyri-üzvi kimyəvi maddələr, min ton

15100,0

137,4

5630,0

ondan:

yod, ton

99,9

119,1

49,7

Üzvi kimyəvi maddələr, min ton

472,7

104,3

39,1

ondan:

etilen, min ton

89,8

153,5

1,2

propen (propilen), min ton

80,2

145,8

0,8

metanol (metil spirti), min ton

214,6

79,1

28,1

Etil spirti, min dkl

29,2

124,3

42,5

Gübrə və azot birləşmələri, min ton

151,6

51,4

27,4

ondan:

karbamid, min ton

151,5

51,3

27,2

İlkin formada plastik kütlə, min ton

168,4

155,6

29,8

ondan:

polietilen, min ton

88,1

154,0

11,8

Yapışqan və yapışdırıcı maddələr, min ton

51,6

97,4

5,4

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR