Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, kimya sənayesi məhsullarının istehsalı 8,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 16,4% azalıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 69,9%, polietilen istehsalı 66,7%, propen (propilen) istehsalı 58,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,5 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 21,6% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
21256,4 |
145,8 |
35,4 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
9977,3 |
106,4 |
31,0 |
|
Lak-boya məmulatları, ton |
12851,1 |
117,9 |
161,8 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
13520,0 |
140,7 |
5750,0 |
|
ondan: |
|
|
|
|
yod, ton |
82,5 |
127,7 |
34,3 |
|
Üzvi kimyəvi maddələr, min ton |
388,9 |
105,7 |
34,6 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
76,1 |
169,9 |
0,8 |
|
propen (propilen), min ton |
67,2 |
158,1 |
0,8 |
|
metanol (metil spirti), min ton |
170,3 |
74,0 |
24,6 |
|
Etil spirti, min dkl |
13,1 |
100,8 |
37,9 |
|
Gübrə və azot birləşmələri, min ton |
151,5 |
62,0 |
41,8 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
151,5 |
62,1 |
41,6 |
|
İlkin formada plastik kütlə, min ton |
142,0 |
169,0 |
31,6 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
75,2 |
166,7 |
14,1 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
40,3 |
95,0 |
4,5 |