Norveçin enerji şirkəti “Equinor” Beynəlxalq Kəşfiyyat və Hasilat (EPI) üzrə yeni icraçı vitse-prezidentin təyin olunmasını elan edib.
“Equinor”dan “APA-Economics”ə verilən məlumata görə, bu vəzifədə Al Kuku (Al Cook) Filipp Fransua Matye (Philippe François Mathieu) əvəz edib.
Qeyd olunur ki, Filipp Fransua Matye gələn il, yanvarın 1-dən öz vəzifəsini yerinə yetirməyə başlayacaq.
Filipp Fransua Matye 1995-ci ildə "Equinor"a qoşulduqdan sonra bir çox biznes sahələrində və coğrafi regionlarda rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, “Equinor” Azərbaycanda Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində (7,27%) və Bakı-Tbilisi-Ceyhan neft kəməri konsorsiumunda (8,71%) təmsil olunub.
Bununla yanaşı, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.