Azərbaycanda 2023-cü ildə 2 795 kq gümüş və 2 631 ton mis filizləri və konsentratları hasil ediləcək ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə müvafiq olaraq 16,3% və 16,7% azdır.
“APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə 3 342 kiloqram gümüş və 3 159 ton mis hasil ediləcəyi gözlənilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 3 632 kq (2019-cu ilə nisbətən 8,7% çox – red.) və 3 370 ton (6,7% çox) səviyyəsində olacağı proqnozlaşdırılır.
Sənədə əsasən, 2019-cu ildən gümüş və mis hasilatında çoxalma müşahidə olunan Azərbaycanda bu tendensiya 2021-ci ilədək davam edəcəyi gözlənilir. Belə ki, 2021-ci ildə bu göstəricilərin müvafiq olaraq 2 881 kq və 1 310 ton səviyyəsində, 2022-ci ildə isə 2 855 kq və 818 ton olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 3 229,7 kq gümüş və 1 649,8 ton mis filizləri və konsentratları hasil olunub.